Müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başladıbackend

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

Bu barədə Təhsil İnstitundan məlumat verilib.

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 27 noyabr-04 dekabr tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 27 noyabr saat 11:00-dan 04 dekabr saat 11:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.