Müəllim qəzada xəsarət aldıbackend

Lənkəranda yol qəzası baş verib.

Hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüsey oğlu Fərəcovun idarə etdiyi “Mercedes” markalı, 44-BR-444 nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. Sürücü avtomobildən çıxarılaraq təcili yardım avtomobil ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

APA