“Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı rəy və sorğular əsasında bu il təkmilləşdirmələr aparılıb. Yaxın günlərdə dəyişikliklər qüvvəyə minib”.
“Yeni Gündəm”-in xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, test imtahanı mərhələsində sualların cavablandırılması üçün verilən 90 dəqiqə 120 dəqiqəyə qədər artırılıb “Bu namizədlər üçün əlverişli şəraitin yaradılmasına səbəb olacaq. Ənənəvi şəkildə yenə 60 sual təqdim olunacaq. Cavablandırılma zamanı qiymətləndirmə fərqli olacaq. Əvvəlki kimi 60 yox 100 bal toplamalı olacaqlar. İxtisas suallarına görə hər bir fənn üzrə düzgün cavab 2 bal, metodika üzrə 1 bal tətbiq ediləcək. Səhv 4 tapşırığa görə 1 düz cavab silinəcək”.