Müğənni: “Deyirlər, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEObackend

“Plastik əməliyyat olundum və 17 gün sonra efirə çıxdım. Hətta tikişlərim belə sökülməmişdi. Yazılan tənqid dolu şərhlər normal haldır və mən onlara hazır idim”.

“Yeni Gundem” bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri “Xəzər axşamı” verilişində Nazənin Salayeva deyib.

Müğənni bildirib ki, əməliyyatdan sonra onu Maykl Ceksona bənzədirlər: “İnsanlar var, bilmirlər ki, o tənqid etdikləri şəxs əməliyyat olunub, yoxsa yox. Ünvanıma yazırlar ki, Maykl Ceksona oxşayırsan. Bilsələr də, bilməsələr də, yazırlar. Təki yazmağa söz olsun”.

N. Salayeva əməliyyatlardan razı qaldığını vurğulayıb:

“Heç bir il keçməyib. Əməliyyat olunandan sonra dərhal effekt almaq olmur. Gərək bir müddət keçsin ki, şiş yatsın və nəticə bilinsin. Plastik cərrah mənim üzümü çox dartmayıb. O, üzümdəki, təbiiliyi qoruyub, saxlayıb. Mən əksinə yazılanları sevirəm. Uğurum var ki, onlar mənə tənqidi fikirlər yazırlar”.

Qeyd edək ki, Nazənin Salayeva bir müddət əvvəl özəl klinikaların birində üz və alıngərmə əməliyyatları keçirib.