“Ailə həyatı qurmamışdım, 2004-cü ildən hərbi hissələrə səfərlərim başladı. Azərbaycanın elə bir yeri yoxdur ki, ayağım dəyməsin. Mənim Rövşənlə (həyat yoldaşı – red.) əlaqəm də elə orda baş verib. İlk dəfə Zaqatalada hərbi hissədə tanış olduq. O, veriliş çəkirdi, mən konsertə getmişdim. Orada kökəlmişdi, dedim, necə böyümüsən, iri olmusan. Nə oldusa, ondan sonra oldu”.
Bu sözləri müğənni Elnarə Xəlilova “Səhər mərkəzi” proqramında deyib. Sənətçi leytenant hərbi rütbəsini almasından danışıb:
“Hamı deyir, necə oldu birdən-birə leytenant oldun. Üzümə qarşı da deyirlər ki, necə oldu? Heç kimə bu adı elə-belə vermirlər. Nə leytenant, nə baş leytenant adını hamıya vermirlər. İki aili təhsilim var. Tibb bacısıyam, diplomum var, fövqəladə hallarda tibb bacısı işləmişəm”. / axşam.az