Space 104 FM radiosunun “Yanar saat” verlişinin “Doydum şou” rubrikasinin bu defeki meşhur iştirakçisi müğenni Samire Yusifqizinin rubrikanin şertlerine uyğun olaraq öhdesine düşen qonaqlarina süfre açmalidi.
“Yenigundem” xəbər verir ki,Verlişdə iştirak edən əməkdaşımız Lalə Qəzənfərin məlumatına görə,”Yanar saat” verlişinin bu dəfəki “Qonaqları istedadlı müğənni Leyla Ramazanli, son illər daha da məşhurluq qazanan meyxanaçi Tərlan Novxanı və təşkilatçi-jurnalist Lalə Qəzənfər idilər. Orijinalliği və fərqliliyi ilə seçilən “Doydum şou” nun aparıcısı Anarın təqdimatında duzlu-məzəli söhbətlər edən qonaqlar həm də Samirə Yusifqızının bişirdiyi dadlı təamlardan da daddılar.Əsasən Bakı mətbəxindən ibarət süfrədə “Fisincan plov” aparıcı və qonaqların ağız dadlarına uyğun olduğu söylınildi.Lakin jurnalist xanımın və müğənni Samirə Yusifqizının coxlarından gizlətdiyi ağrılı ailə sirrinin canlı yayımda açıqlaması müğənniyə ağır anlar yaşatdı.Göz yaşlarını saxlaya bilməyən müğənni “17 illik səhnə fəaliyyətimdə yalnız sənətim və halal zəhmətimlə qazandığım uğurlarımda və xüsusən də övladının həyatda qalmasında yalnız və yalnız Allahıma şükürlər olsun!” deyərək bildirdi. Nəzərinizə çatdıraq ki, müğənnin oğlu bir neçe ay öncə ağır avtomobil qəzasında kəllə-beyin qapağının ciddi zədələrinə məruz qalmışdır.
Lalə Qəzənfər