Mülk üstündə əri ilə birgə analığını baltalayıb, gölə atdı – VİDEObackend

Qadın mülk üstündə əri ilə birgə analığını baltalayaraq qətlə yetirib və gölə atıb.

Belə ki, Yasər (adlar şərtidir) həyat yoldaşını itirdikdən sonra qızı Sənəm və kürəkəni Rəşadla birlikdə yaşayırdı. Bir müddət sonra o Kifayət adlı qadınla ailə qurur.

Kifayətin hər hərəkətindən qıcıqlanan Sənəmlə ögey anası arasında tez-tez söz-söhbət olurdu. Kifayət evin qadını olduğunu qəbul etdirməyə çalışır, Sənəm isə buna öyrəşə bilmirdi.

Sənəm Kifayət barədə həyat yoldaşı Rəşada şikayətlənir, onunla eyni evdə yaşamaq istəmədiyini deyir. Rəşad onu sakitləşdirməyə çalışsa da, Sənəm hər keçən gün daha da əsəbiləşirdi.

Bir gün Kifayətin öz yataq otağından Sənəmin anasının paltarlarını çölə atması onlar arasında əlbəyaxa davaya səbəb olur. Kifayət səs-küyə gələn Rəşadı da təhqir edir.

Yaşadıqları evin atası tərəfindən Kifayətə veriləcəyindən, özünün isə vərəsəlikdən məhrum olunacağından qorxan Sənəm Rəşadla birgə analığını öldürməyə qərar verir. Onlar Kifayətin yatdığı otağa girərək əvvəlcədən planladıqları şəkildə balta ilə onu qətlə yetirirlər.

Sənəmlə Rəşad daha sonra Kifayətin meyitini və onun əşyalarını şəxsi maşınlarının baqajına qoyaraq evdən uzaqlaşırlar. Gölün kənarına gələrək yük yerindən qətlə yetirdikləri Kifayətin cəsədini çıxarıb, onu suya atırlar.

Daha ətraflı Baku TV-nin süjetində: