Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Baş nazirin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.
“Yeni Gündəm” xəbər verir ki, komissiya sədrinin müavini fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən iclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələr barədə danışılıb. İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.