Murad Dadaşov: “Oqtay Əliyev həmişə mənə dəstək olub”backend

Oqtay Əliyevin ölümü çox böyük itkidir.

“Yeni Gundem” xəbər verir ki, bunu Xəzər TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşov deyib.

O vurğulayıb: “Oqtay Əliyev dost, ürəkdən sevdiyimiz insan idi. Bizi bir anda tərk etdi. Ailəsinə, yaxınlarına səbr diləyirəm”.

M.Dadaşovun sözlərinə görə, Oqtay Əliyev ona çox yaxın adam olub. “Elə bir layihə olmayıb ki, Oqtay Əliyev mənə dəstək olmasın. Onda paxıllıq hissi yox idi, hamının uğuruna sevinirdi. Onun ölümü mənim üçün çox böyük itkidir. Son vaxtlar çox yaxın adamlarımızı itirməkdəyik”, – M.Dadaşov əlavə edib.

Qeyd edək ki, Oqtay Əliyev ötən gün Saray qəsəbəsində yol qəzasında dünyasını dəyişib.Trend