Mürsəl İbrahimov vətəndaşları Şəkidə qəbul edəcəkbackend

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 26 may 2023-cü il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat yayıb.

Qəbula yazılmaq istəyən vətəndaşların 22 may 2023-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.