Mürsəl Mürsəlov mənimsədiyi pulları geri qaytarsada……backend
“Yeni Gundem” xəbər verir ki, bu barədə ötən həftə ölkə məbuatı məlumat yayıb. Yayılan xəbərlərdə Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları qeyd edilir.
Belə ki, cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Kərimov Rüfət Nurəddin oğlunun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.
Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.
Yayılan məlumata görə Rüfət Kərimovla əməkdaşlıq edən məmurlardan biri də Səhiyyə nazirliyinin nəznində olan “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru  Mürsəl Mürsəlov olub.
O, mənimsədiyi pulları geri qaytardığı  bildirilir.
Hazırda “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru vəzifəsində çalışan Mürsəl Mürsəlov haqqında  hansı tədbirlər görələcəyi araşdırlır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.