Müsavat Partiyası da “avtobus”a mindimi? – İsa Qəmbərdən CAVABbackend

Müsavat Partiyasının başqanı İsa Qəmbər “Meydan TV”yə müsahibəsində “Müsavat Partiyası da avtobusa mindimi?” sualına cavab verib.

“Yeni Gundem”-in xəbərinə görə, İ.Qəmbər bildirib ki, belə lətifələri sosial “şəbəkə qəhrəmanları”na saxlamaq lazımdır.

“Həmin “şəbəkə qəhrəmanları” arasında hakimiyyətə işləyən qüvvələr var ki, Müsavat Partiyasına söz atmaqdan zövq alırlar. Bu, onların həyat tərzidir və bizi narahat etmir. Müsavata qarşı düşmənçiliyi peşəyə çevirən qüvvələrin dediyi ilə oturub-durmaq fikrində deyilik”, – partiya başqanı qeyd edib.