Mustafa Nəsirovun xatirasinə həsr olunan daha bir turnir keçirilib – FOTObackend

Goranboy şəhərində Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun xatirəsinə həsr olunan cüdo idman növü üzrə regional turnir təşkil olunub. 24info informasiya portalının təşkilatçılığı ilə baş tutan idman yarışında Gəncəbasar regionunu təmsil edən 200-ə yaxın idmançının iştirak etdiyi yarış bir neçə gün davam edib.

Goranboy Olimpiya İdman Kompleksində yarışın final mərhələsi baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərin və general Mustafa Nəsirovun ruhu bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra yarışın təşkilat komitəsinin üzvləri, qazilər, veteran idmançılar çıxış edib.
Bildirilib ki. Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun xatirəsinə həsr olunan turnir artıq ənənə halını alıb. Ötən il Naftlan, Lənkəran, Masallıda baş tutan layihə bu il Göygöl və Goranboyda ümumilikdə 500-ə yaxın idmançının iştirakı ilə keçirilib.
Qeyd edək ki, cüdo idman növü üzrə turnirdə Gəncə, Mingəçevir, Goranboy və Naftalanı təmsil edən yeniyetmələr iştirak edib.
Xarıeladaq ki, yarışdan əvvəl şəhid Canlar Cavadovun oğlu Elxan cavadov təşkilat komitəsi tərəfindən xüsusi diplom və mükafatla təltif edilib.

Sonda qalib idmançılara diplom və medallar təqdim olunub.