Bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramı tədbirində tələbələr kriminal avtoritet “Zobik Gəncinski” ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnını oxuyaraq oynayıblar.
“Yeni Gundem” xəbər verir ki, universitetin bu jesti böyük ictimai qınağa və müzakirəyə səbəb olub.
Məsələyə münasibət bildirən Azərbaycan Parlamentinin üzvü Etibar Əliyev bildirib ki, ADNSU-da baş verən bu rüsvayçı hadisə göstərdi ki, tələbələr birgə ifa etdikləri bu mahnını elə auditoriyalarda da oxuyurmuşlar.
“Bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa biilməz. Mən bu ali məktəbin yanından keçəndə tələbə davranışlarından dəhşətə gəlirdim. Bu da nəticə. Baş qarışıb pul silməyə, qohumbazlıq, dostbazlıqla məşğul olmağa, universitetin deqradasiyası bu tip rektorun heç vecinə də deyil. Z nəslindən ZEK nəslinə keçiddir bu! Xudayar təsnifini nə tez unutduq! “Mustafanın səviyyəsidir. Baxın, bu adam təhsildən nə qədər kənar adamdır. Elə bilir ki, universiteti dədəsi buna bağışlayıb”.-deyə Millət vəkili qeyd edib.
Fərahim Rəhimov