“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyiəldə etməkdən qat-qat çətin bir vəzifə idi.” – Ulu Öndər Heydər Əliyevbackend

Ötən əsrin əvvəllərində Rusiyada baş vermiş sosialistinqilabı rus imperiyasının dağılmasına səbəb oldu. İmperiyanın tərkibində olan Azərbaycan müstəqillikəldə etdi 1918-ci il mayın 28-də Azərbaycan xalqıözünün Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlamentli respublikasınıAzərbaycan XalqCümhuriyyətini (AXC) yaratdı. Ölkə Prezidenti cənabİlham Əliyev öz çıxışlarının birində demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixihadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmindədemokratik respublika yaradılmışdı. Biz haqlı olaraqfəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlmanaləmində ilk demokratik respublikanın yaradılmasınınmüəllifi olmuşdur.”

Cümhuriyyətin qəbul etdiyi İstiqlal Bəyannaməsixalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. AXC-nin Milli Şurası İstiqlal Bəyannaməsiniimzalamaqla Azərbaycanın müstəqilliyini dünyayabəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilikənənələrini davam etdirmiş oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıyaqoyan Azərbaycan Xalq Cümhuriyyəti özmüqəddəratını təyin etməyə qadir olduğunu göstərdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan XalqCümhuriyyəti müsəlman Şərqində demokratiyaənənələrinin formalaşmasına əhəmiyyətli təsirgöstərmişdir.

1991-ci ildə öz müstəqilliyini bərpa etmiş AzərbaycanRespublikası az müddət sonra yenidən onu itirmək, hətta bir dövlət olaraq parçalanmaq dünyanın siyasixəritəsindən tamamilə silinmək təhlükəsi qarşısındaqalmalı oldu.Yalnız xalqın tələbi ilə ölkədə siyasihakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevinməsuliyyəti, siyasi iradəsi fədakarlığı sayəsindəAzərbaycan öz dövlətçiliyini qoruya bildi. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyət sükanını öz əllərinə alanÜmummilli Lider Azərbaycan dövlətçiliyininqorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədədavamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. UluÖndər dövlətimizin dövlətçiliyimizin xilaskarı oldu. Heydər Əliyev siyasi kursu dünya miqyasında kiçik birölkə olan Azərbaycanı güclü nüfuzlu bir dövlətəçevirdi.

Ulu Öndər Heydər Əliyev demişdir: “Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nailola bildi, xalq cümhuriyyəti yarandı. AzərbaycandaŞərq aləmində ilk dəfə demokratik, hüquqi dövlətyarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlərgördü. Ən mühümü odur ki, Azərbaycanınmüstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarınıyaratdı.”

Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğuprosesi, siyasi, iqtisadi sosial islahatlar uğurlahəyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişafetdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsiməqsədilə əsaslı tədbirlər görülür. Ötən illər ərzindəatılmış hər bir addım qəbul olunmuş hər bir qərardoğma Azərbaycan torpaqlarının işğaldan azadolunmasına xidmət edib. Prezident İlham ƏliyevinMüzəffər Ali Baş Komandan kimi gərgin əməyininnəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən müzəffər xalqkimi tanındı. Azərbaycan Xalq Cümhuriyyətininyadigarı kimi Azərbaycan Bayrağının bu gün artıqişğaldan azad olunmuş Şuşada, Xankəndidə, Xocalıda bütün ərazilərimizdə dalğalanması AzərbaycanPrezidenti cənab İlham Əliyevin gələcək nəsillərəunudulmaz dövlətçilik əmanətidir.

İradə Hüseynova,

Nəsimi rayon Təhsil işçisi