“Məlum olduğu kimi, atletika üzrə dünya çempionatı Macarıstanda keçirilir. Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva o cümlədən bizim üçün doğma olan qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan oyunları izləmək üçün bu ölkəyə səfər ediblər. Bu səfər Budapeştin Ankara və Bakı ilə münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir”.
Bu fikirləri “Yeni Gundem“-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Anar İsgəndərov açıqlayıb.
Milli Məclisin deputatı A.İsgəndərov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakı-Budapeşt əlaqələri yüksək səviyyədə inkişaf edir.
“Tarixdən məlumdur ki, macarlar Avropaya məskunlaşan sonuncu türk tayfalarıdır. Macar xalqı güclü, demokratik dövlətin qurulmasına nail olub. Macarıstanı istəməyən tarixçilər həmişə türk-macar münasibətlərini düşmən kimi təqdim ediblər. Bunun ziyanlı tərəfi o olub ki, macarların əksəriyyəti də bunu belə də anlayıblar. SSRİ adlı nəhəng imperiya dağılandan sonra kimin macarların dostu, kimin düşmən olduğu sualı ortaya çıxdı. Macar həqiqətləri geniş yayıldı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakı-Budapeşt əlaqələri yüksək səviyyədə inkişaf edir. Təsadüfü deyil ki, türk dövlətləri liderlərinin bütün görüş və konfranslarında Macarıstanın hazır ki, Baş naziri Viktor Orban da iştirak edir. Bu da onu deməyə əsas verir ki, Macarıstan dövlət səviyyəsində öz tarixini dəqiqləşdirir. Azərbaycan Prezidenti və birinci xanımı dost, qardaş ölkəyə səfər edib. Qardaş Türkiyə Cümhuriyyətinin prezidentinin də Macarıstana səfər etməsi bir daha onu göstərir ki, idman siyasət deyil, lakin idman oyunlarında siyasilərin bir yerdə olması onların münasibətlərini bir daha səmimiləşdirir”,-deyə o, qeyd edib.
Fərahim Rəhimov
Yeni Gundem.az