Aztelekom-un açıqladığı rəqəmlər ağlasığmazdır. Bu qədər vəsaitlə bağlantı qurulan evlərin sayı milyondan çox olmalıydı. Burada nəsə yanlışlıqlar var.
”Yeni Gundem” xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz “Aztelekom”un açıqladığı rəqəmlərlə bağlı danışarkən deyib. Mütəxəssis “Aztelekom”un açıqladığı rəqədmlərə inanmadığını bildirib:
““Aztelekom” açıqlayıb ki, 2022-ci ildə gəlirləri təxminən 107 milyon manat olub. Amma bu dövlət şirkəti həmin ili 26 milyon manat zərərlə başa vurduğunu da bildirib. Hansı ki, bu zərər əvvəlki ildən də 2.25 dəfə çoxdur.
“Aztelekom” xərclərin çoxluğunu və zərərini əsasən kadrların, əlavə işçi qüvvəsinin və ixtisaslaşmış texniki dəstək xidmətinin, həmçinin internet trafikin alışının artması ilə izah edib.
Maraqlıdır ki, bu qədər vəsaitin qarşılığında həmin dövrdə cəmi 341 min evə GPON çəkilib.
Belə çıxır ki, 341 min bağlantı üçün 100 milyon manatdan çox vəsait xərclənib.
Bu ağlasığmazdır. Bu qədər vəsaitlə bağlantı qurulan evlərin sayı milyondan çox olmalıydı. Burada nəsə yanlışlıqlar var.
“Aztelekom” dövlət şirkəti bu məsələyə aydınlıq gətirməlidir”.