Müğənni Nadir Qafarzadə vəfat edən bacısı ilə bağlı paylaşım edib.
“Yeni Gundem” xəbər verir ki, o, instaqram hesabında Sərvinaz xanımla çəkilən fotolarını paylaşıb.
Qafarzadə bacısının vəfatına görə dərin hüzn hissi keçirdiyini və kədərləndiyini ifadə edib:
“Canı əzab-əziyyətdən, zülmdən qurtulan bacım! Bu dünyada o qədər zülm çəkdin ki, o biri dünyada sənə soğu-sual olunmayacaq. Allah sənə rəhmət etsin, Sərvinaz!”
Xatırladaq ki, ifaçının 58 yaşlı bacısı Sərvinaz Müqbilova ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.
BAKU.WS