Nadirdən inanılmaz sözlər: “Sabahdan tuman geyinib səhnəyə çıxacağam”backend

Müğənnir Nadir Qafarzadə şortiklə səhnəyə çıxan türkiyəli sənətçi Mahsun Kırmızıgülü ələ salıb.

“Yeni Gundem” Yenisabah.az-a istinadən xəbər verir ki, ifaçı 55 yaşlı Mahsunun şortiklə səhnəyə çıxmasına qəzəblənib.

Onun görüntülərini sosial şəbəkə hesabında paylaşan Qafarzadə kinayə ilə yazıb:

“Nə bilim, vallah… Rəhmətlik nənəmdən bir enli tuman qalıb, sabahdan onu geyinib səhnəyə çıxacağam. Qonşudan qalma dala. 55 yaşı var, cavanlıqda şortik geyinməyib axı. Özü də pop ifaçısı deyil, arabesk oxuyur. Bizim müğənnilər şortik geyinsəydi, vedrə, ləyən, vanna bağlamışdılar. Bircə qalstuk çatışmır, o da olsa, tamamlanar.

Azərbaycanın bəzi çöldə qalmışları, gəlin müdafiəyə! Öyrəşmisiniz yaltaqlığa”.

Yazdıqlarına görə tənqid edilən Nadir daha sonra paylaşımını silib.

Həmin görüntüləri təqdim edirik: