Nanə Ağamalıyeva ATV-dən ayrılır? – Özündən açıqlamabackend

Ötən gün məşhur aparıcı Nanə Ağamalıyevanın illərdir çalışdığı ATV telekanalından ayrılacağı barədə mətbuatda xəbərlər dərc olunub.

Məsələ ilə bağlı açıqlama verən ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli bu xəbərin əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bildirib.

Nanə Ağamalıyeva isə açıqlamasında “Yay mövsümü bitdikdən sonra, yeni mövsümdə zövqlü musiqilərin təbliği ilə ATV-nin efirində olacam” deyərək, bütün suallara açıq şəkildə aydınlıq gətirib.