Müğənni Şəbnəm Tovuzlunun yenidən ana olacağı iddia edilib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə “Şou ATV” proqramının aparıcısı Nanə Ağamalıyeva danışıb.
Nanə efirdə Şəbnəmin dekabr ayında üçüncü övladını dünyaya gətirəcəyinə eyham edib: “Gözəl xəbərləri demək lazımdır”.
Şəbnəm isə “Biz (həyat yoldaşı.-red) öz aramızda danışmışıq. İstəmirik hələ… Əlbəttə, hər bir ananın, xanımın aruzusudur ki, övlad sahibi olsun. Bacıya bacı, qardaşa qardaş lazımdır”- deyə cavab verib.
Nanənin iddiası doğru hesab edilsə, sənətçi hazırda 6 aylıq hamilədir. Lakin Şəbnəmin xarici görünüşü bu informasiyanı yalanlayır.
Həmçinin Ş. Tovuzlu bundan əvvəl də lent.az-a açıqlamasında belə bir arzusunu etiraf edib, amma hamilə olmadığını vurğulayıb.