Azərbaycanda 65 yaşdan yuxarı və 25 ildən çox cəzaçəkən şəxslər var. Əgər mümkündürsə, həmin şəxslərin əfv edilməsi məsələsi ilə bağlı yanaşmaya da hesabatda toxunulsa yaxşı olardı”.
“Yeni Gundem”-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində bildirib.
N.Həmzəyev qeyd edib ki, pentensiar xidmət tərkibində olan tibbi xidmətlərin vəziyyəti xeyli yaxşılaşıb: “Çox istərdim ki, tibbi sığorta ilə vətəndaşlara tətbiq edilən bütün imtiyazlar cəzaçəkən şəxslərədə aid edilsin. Bu haqda da vəziyyətə dair hesabatda yer olsa sevinərdik…”
Deputatın sözlərinə görə, 44 günlük Vətən mühaeribəsinin gedişində Gəncəyə atılan raket atışı nəticəsində əziyyət çəkən insanların böyük əksəriyyətinin problemi həll edilib: “Amma bəzi ailələrin problemi qalıb. Evinin sənədləri Müdafiə Nazirliyinə aid olan ailələr var ki, dövlət tərəfndən vəsait ayrılsa da, onların evi tikilib təhvil verilmir. Bu məsələni Ombudsman nəzarətə götürə bilər. Dövlət pul ayırıb, amma pul xərclənə bilmir”.