Mütəmadi olaraq seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
“Yeni Gundem”in məlumatına görə, görüşdə iştirak edən vətəndaşlar əsasən işlə təminat, gənclərin məşğulluğu, sosial məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.
Müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb. Bir neçə məsələ yerindəcə həllini tapıb.
Seçicilər daim onların problemlərini diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün millət vəkili Naqif Həmzəyevə təşəkkürlərini ifadə ediblər.