Sərfəli qiymətləri və sosial layihələri ilə bölgələrə xüsusi diqqət göstərən “Nar” bu dəfə Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində yüksək səviyyəli görüş keçirərək universitetlə ilk əməkdaşlıq layihəsinə start verdi.
“Yeni Gundem” xəbər verir ki, uzunmüddətli əməkdaşlığı nəzərədə tutan anlaşma memorandumu çərçivəsində reallaşan ilk layihə “Nar”ın texniki heyəti tərəfindən texniki ixtisaslarda təhsil alan tələbələr üçün hazırlanan və keçirilən “Mobil rabitənin əsasları” təlimi oldu.
Qabaqcıl mobil texnologiyalara hakim olan sənaye mütəxəssislərinin hazırlanması və onların ixtisasların uyğun karyera qurması məqsədilə keçirilən təlim tələbələrə öz nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirməyə imkan verir.