“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 22-ci mövsümü yekunlaşdı. Son mövsümdə “Bilik” kubokunun qalibi Göyçayın “FULL” komandası, “Nar” kubokunun qalibi isə “BirBank” komandası olmuşdu. Oyunun qaydalarına uyğun olaraq, Azərbaycan çempionu titulu uğrunda final görüşü bu komandalar arasında keçirildi və qalib “BirBank” komandası oldu.
Xatırladaq ki, oyunda 9 region və 7 universiteti təmsil edən 19 komanda mübarizə aparırdı.
Qeyd edək ki, “Nar” ölkə gənclərinin intellektual asudə vaxt keçirməsinə dəstək məqsədilə “Breyn Rinq” bilik yarışının əsas tərəfdaşıdır. Mobil operatorun elm və təhsil istiqamətində gerçəkləşdirdiyi digər sosial layihələri haqqında daha ətraflı buradanoxuya bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.