“Narkomaniyaya yox deyək!” mövzusunda  tədbir keçirilib – FOTObackend

Binəqədi Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Binəqədi Rayon Polis İdarəsinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Binəqədi Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda  tədbir keçirilib 

“Yeni Gundem” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov,  “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi-polis kapitanı Orxan Məmmədli, Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi səlahiyyətləri icra edən-polis leytenantı Ramil Quliyev və gənclər iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova narkomaniyanın fəsadları və bu bəlaya qarşı görülən işlər haqqında məlumat verdi. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Rayon Polis İdarəsinin nümayəndələri gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar və narkotiklərin zərəri haqqında danışdılar.

Tədbir gənclərin suallarının cavablandırılması ilə müzakirə formatında davam edib.

Qeyd edək ki, Binəqədi Gənclər Evində 14-29 yaş arası gənclər üçün klublar, təlimlər, tədbirlər və layihələr ödənişsiz fəaliyyət göstərir.