Natiq Məmmədli: Bu ilin əvvəlindən Azərbaycana qarşı yeni metodlarla təhdidlər, “fake”lərin geniş yayımı başlayıbbackend

2024-cü ilin əvvəlindən etibarən Azərbaycan Prezidenti İlham Əliyevə qarşı yeni metodlarla təhdidlər, “fake” məlumatların geniş yayımı başlayıb.

Bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.

O qeyd edib ki, “fake” məlumatlarla mübarizədən danışarkən incə nüansları dəqiqləşdirmək önəmlidir: “Dezinformasiya sosial şəbəkələr üzərindən daha çox yayılır. Media isə bu məlumatlardan istifadə edərək manipulyasiya ilə məşğul olur. Bu metod Qərb mediasına daha çox xasdır. Fraqmentasiya metodu isə Azərbaycana qarşı daha çox istifadə edilir. Bu, xəbərin və ya media materialının hissələrə bölünərək həqiqətə uyğun olmayan şəkildə təqdimatıdır. Şuşa Qlobal Media Forumunda da ölkə başçısı buna diqqət çəkmişdi”.

N.Məmmədli vurğulayıb ki, Azərbaycan həqiqətlərini yalnız Azərbaycan mediası doğru-düzgün, dolğun şəkildə dünyaya çatdıra bilər:

“Bunu heç bir ölkədən gözləməməliyik. Digər tərəfdən, kiberdələduzluğun bir növü olan “fake” informasiyalarla hüquqi cəhətdən mübarizə aparmaq vacibdir”.

 

Report