NATO Baş katibinin nümayəndəsi Azərbaycana gəlib, Hikmət Hacıyevlə görüşübbackend

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.

“Yeni Gundem”-in xəbərinə görə, o, bu barədə tviterdə məlumat yayıb.

Xavyer Kolomina Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Tərəflər ikitərəfli əməkdaşlığı, həmçinin Ermənistanla normallaşma əlaqələrini müzakirə ediblər.