Naxçıvan Ali Məclisinin kotirovka sorğusu ləğv olundubackend

Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinin çap avadanlıqlarının vallarının üzlənməsi ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub.

“Yeni Gundem”-in xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır. Elan olunmuş kotirovka sorğusunda qiymət təklifi verən təchizatçıların sayı üçdən az olduğundan kotirovka sorğusu ləğv olunur.

İşlərin görülməsi üçün nəzərdə tutulan məbləğ 19 620 AZN-dir.