Naxçıvan icra hakimiyyəti YERİNDƏ SAYIR – GİLEYbackend

“Etiraf etmək lazımdır ki, bu gün Naxçıvanın ucqar bir kəndinə gedirsən… ürəyin açılır. Hər yerdə iş gedir… Hər yer təmir olunur…”

Bu barədə Naxçıvan şəhər sakinləri adından edilən müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra davam edir:

“Doğrudur, Şahbuza xüsusi diqqət var. Şahbuzun hər bir köşəsində ciddi abadlıq-quruculuq işləri həyata keçirilir.

Amma Naxçıvan şəhəri haqqında bunu deyə bilmərik. Elə bil ki, Naxçıvanın mərkəzini qəsdən unudublar, ya da unutdururlar…

Səməd Vurğun küçəsi acınacaqlı vəziyyətdədir. Özü də mərkəzdir. Dəfələrlə icra hakimiyyətinə məlumat vermişik, şikayət etmişik. amma quruca vəd verirlər. Demişdilər ki, guya aprel ayında abadlıq işləri aparılacaq. İndi artıq mayın ortasıdır. Yarıtmaz Naxçıvan rəhbərliyinin tükü də tərpənmir…”