Naxçıvanın atəş altında qalan Havuş kəndindən reportaj – VİDEObackend

Baku TV Naxçıvanın Ermənistanla sərhəddə yerləşən Havuş kəndindən reportaj hazırlayıb.

İllərdir ki, bu istiqamətdə atəşkəsin pozulmasına baxmayaraq, kənd sakinləri yaşadıqları yeri tərk etmirlər.

Sakinlərin sözlərinə görə, onlara məxsus 300-400 baş qoyun, 10-a yaxın at ermənilər tərəfindən zəbt edilib.

“Gecə-gündüz təhlükə altındayıq. Buna baxmayaraq, qorxmuruq, yaşayırıq”, – deyə kənd sakini qeyd edib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: