Nazarbayev 18 yaşlı nəvəsinə toy etdi – Fotolarbackend

Qazaxıstan prezidenti Nursultan Nazarbayev nəvəsinə toy edib.

“Yenigundem” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, 18 yaşlı Venera məşhur Çayjunusovlar sülaləsindən olan 22 yaşlı Dalen Çayjunusovla evlənib.

Toy Almatı şəhərindəki “Ritz-Carlton” otelində baş tutub. Mərasimdə rusiyalı müğənni Filipp Kirkorov da iştirak edib.

Qeyd edək ki, Venera ölkədə keçirilən musiqi festivallarından birində mahnı oxuyub, qazax-rus-alman istehsalı olan filmdə epizotik rolda oynayıb.