Mədəniyyət naziri Anar Kərimov tanınmış bəstəkarla bağlı biabırçı səhvə yol verib.
Nazir Anar Kərimov ötən gün özünün feysbuk səhifəsində Azərbaycanın görkəmli bəstəkarı, dövlət xadimi və musiqili komediyalar, simfoniyalar, baletlər və s. müəllifi Rauf Hacıyevi “cazmen” kimi təqdim edən status yazıb.
Anar Kərimovun bu açıqlaması dərhal Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən də paylaşılıb. Lakin nazirin biabırçı səhvə yol verdiyi status daha sonra silinib.
Demokrat.az