Yanğınlar səbəbindən baş konsulluq fəaliyət göstərdikləri binadan fiziki olaraq başqa binaya köçürülüb.
Bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, buna baxmayaraq, baş konsulluq fəaliyyətini dayandırmayıb.
“Sadəcə olaraq fəaliyyət məsafədən həyata keçirildi, əlaqə vasitələri mövcuddur. Təhlükəsizlik tədbirləri yerli orqanlarla koordinasilı şəkildə həyata keçririlir. İlk fürsətdə öz yerlərində fəaliyyətləri bərpa ediləcək”, – nazir bildirib.