Nazir Mehmet Nuri Ersoy qədim Afrodisiası tanıtdıbackend

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, AydınınKaracasu bölgəsində yerləşən Afrodisias Antik Şəhərinin cəmi 1 milyard 750 milyon TL büdcə ayrılan layihələrlə rekord qıranziyarətçi sayına çatan tarixi irsə çevriləcəyini açıqlayıb.

Afrodisias Antik Şəhərinin Tanıtım Tədbirində çıxış edən Ersoy, bu tarixi bölgənin Roma dövründə heykəltəraşlıq incəsənətininəks olunduğu qabaqcıl mərkəzlərdən biri olduğuna diqqət çəkib. Şəhərdə görülən tarixi tapıtılarının çoxunun Roma dövrünə aidolduğunu bildirən Ersoy, “Afrodiziyalılar heykəltəraşlıqsənətindəki ustalıqları ilə özlərini Roma dünyasına tanıtdılar, biz də onların irsini bütün dünyaya tanıdacağıq.” nitqi ilə çıxışınıdavam etdirdi.

Ersoy türk alimlərindən ibarət koordinatorların xarici qazıntırəhbərləri ilə qədim şəhərlərə təyin edildiyini və Afrodisiasüçün, eyni zamanda Tripolis Qədim Şəhər Qazıntısının Başçısıolan Prof. Dr. Bahadır Dumanın təyin olunduğu barədə məlumatpaylaşıb.

“Gələcəyə Afrodisias İrsi” layihəsi çərçivəsində görüləcək işlərhaqqında məlumat verən Ersoy deyib:

“Afrodisiasda şəhər parkı və hovuzu ilə yanaşı, ən möhtəşəmtikililərdən biri olan Tetrapylonun konservasiyasına vəTetrastonun qazıntı və bərpa işlərinə başlayırıq. Qədimzamanlarda Afrodisiasdakı bazilika şəhərin ən böyük qapalıbinası idi. Binanın ön hissəsinə diqqət yetirən yeni layihə ilə2023-cü ildə nəhəng giriş sütunlarının quraşdırılması işini başaçatdırdıq və binanın fasadında Diocletian-ın “Maksimumqiymətləri fərmanı”nı nümayiş etdirdik. İndi isə biz yeni layihəilə binanın qalan hissəsi üçün qazıntı işləri aparacaq, mozaikaların konservasiyasını başa çatdıracaq və binanısütunlarını qaldıraraq ziyarətçilər tərəfindən bu tarixi irsin aydınanlaşılması üçün çalışacağıq. Təxminən 120 il əvvəl qazılan vəaradan keçən müddətdə yenidən yerin altında qalan gimnaziyanıqazaraq, strukturu yenidən ortaya çıxaracaq və ziyarətçimarşrutuna alternativ yaradacağıq”.

Layihə çərçivəsində hamam otaqlarını ziyarətçilərin üzünəaçacaqlarını vurğulayan Ersoy, Aqorada aparılacaq qazıntılarlaAfrodisiasda yeni bir quruluş ortaya çıxaracaqlarını və şəhərindivarlarını görünən hala gətirəcəklərini bildirib.

Gecə Muzeyşünaslığı

Layihə çərçivəsində Afrodisiasdakı Osmanlı dövrü hamamlarıvə Geyre evləri üçün sənədləşmə, konservasiya və bərpa işləriaparacaqlarını bildirən Ersoy, çox saydam yazıları və naxışlımərmər sarkofaqları olan qədim şəhərdə iki yeni sərgi sahəsiplanlaşdırdıqlarını bildirib. Gecə muzeyşünaslığı çərçivəsindəmonumental binaları və tur yollarını işıqlandıraraq qədim şəhəriziyarətçilərin üzünə açacaqlarını bildirən Ersoy sözlərini belədavam etdirdi:

“Afrodisias Muzeyimizdə gücləndirmə işləri, nümayiş, tənzimləmə və təmir işləri də həyata keçirəcəyik. Afrodisiasüçün hazırlanan bütün bu layihələr, başlayan tətbiqlər və sıx işrejimi ilə şəhərin daha çox insana çatmasını təmin edəcəyik vəlayihə üçün bütünlükdə 1 milyard 750 milyon TL büdcəayıracağıq. Buradakı dəyişiklikləri müşahidə etmək üçün birildən sonra yenidən burada görüşəcəyik. Afrodisias digərxarabalıqlarımıza nümunə olacaq və gecə muzeyləri və qabaqcılbərpa işləri ilə ziyarətçi rekordları qıran bir məkana çevriləcək.”

Proqrama Aydın valisi Yakup Canbolat, AK Partiya Aydın Büyükşəhir Bələdiyyə Başçı Namizədi Mustafa Savaş, KaracasuBələdiyyə Başçısı Mehmet Erikmen, AK Partiya MKYK üzvüUmut Tuncer, AK Partiya İl sədri Gökhan Ökten və MHP İl sədri Haluk Alıcık da qatılıb.