Elm və Təhsil naziri Emin Əmrullayevin xidməti avtomabili Bakı–Quba–Rusiya Federasiyası avtomobil yolunda yol hərəkəti qaydalarını pozaraq ötmə əməliyyatı edib və nəticədə qəza vəziyyəti yaranıb.
7Times.az xəbər verir ki,hadisə nazir Emin Əmrullayevin aprelin 28-də Qusarda vətəndaş qəbulu keçirməyə gedərkən Bakı–Quba–Rusiya Federasiyası avtomobil yolunun Quba rayonu ərazisindən keçən hissəsində baş verib.
Görüntülərdən də açıq-aşkar məlum olur ki,nazirin içində olduğu “BMW”markalı nəqliyyat vasitəsi və nazirliyin məsul şəxslərinin olduğu digər avtomabil yol hərəkəti qaydalarına məhəl qoymayaraq ötmə əməliyyatı həyata keçirir.
7Times.az həmin görüntüləri sizə təqdim edir.
Nuray