Nazir sərhəddə və sülhməramlıların yerləşdiyi ərazilərdə təxribatlara dərhal cavab verilməsini tapşırdıbackend

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyəti təhlil edib.

“Yeni Gündəm”-in xəbərinə görə, müdafiə naziri xidməti müşavirədə bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi, bunun üçün döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı tapşırıqlar verib.