Bu gün mətbuata müğənni Günay İbrahimliyə görə yolların bağlanması xəbəri yayılıb.
“Yenigundem” xəbər verir ki, ifaçı yayılan xəbərlə bağlı açıqlama verib:
“Səhər çox sevdiyim bir neçə dostum mənə dedi ki, səninlə bağlı xəbərlər yayılıb. Məlumatı yazan saytları mən oxumuram. Çünki o xəbəri yayanlar reketliklə məşğuldu, Mətbuat Şurası da elə onları qara siyahıya salıb. Bu səbəbdən Azərbaycandan o saytlara girməyə qadağa qoyulub. Bu açıqlamanı dostlarıma görə verirəm. Narahat olmayın, o boş xəbərlərə də inanmayın. Guya, polis məni müşayiət edib, mənə görə yol bağlanıb? Başa düşmədim! Mən kiməm? Dövlət məmuruyam, nazirəm? Mənə görə yol niyə bağlanmalıdır? Mən Azərbaycan qanunlarına riayət edən bir vətəndaşam. Kimin nə həddinə ki, ölkə qanunlarını poza? Kimin nə həddinə ki, məni qanunu pozan biri kimi qələmə verə, mənə şər ata? Ay gözəl insanlar, tam dəqiqliyi ilə deyirəm ki, belə bir şey olmayıb!!! Siz hər ağıldankəmin xəbərinə inanırsınız?”
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi izləyin