Nazirlər Kabinetindən daha bir qərarbackend

Nazirlər Kabineti “Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu Qaydası”nı təsdiq edib.

Bu Qayda barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu müəyyən edir.

Sığortaedən Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu, sığortaolunan sığortaedənin barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan hərbi qulluqçuları və işçiləri, habelə maliyyə təminatı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin edilən işçilərdir. Maliyyə təminatı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin edilən işçilər dövlət məvacibi və ya əməkhaqqısı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyinin işçilərinin say həddinin müəyyən edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğvi barədə” 2018-ci il 30 may tarixli 247 nömrəli və “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı və aylıq vəzifə maaşlarının təsdiq edilməsi haqqında” 2001-ci il 25 sentyabr tarixli 156 nömrəli və “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 14 aprel tarixli 153 nömrəli qərarlarına uyğun olaraq maliyyələşdirilən işçilər, sığortaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondudur.

Sığortaçı tərəfindən sığortaolunan barədə aşağıdakı məlumatlar fərdi şəxsi hesaba daxil edilir:

– unikal nömrə;

– əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı;

– məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı, təminat xərcliyi (pul təminatı) və digər gəlirlərin məbləği (sosial sığorta stajının hər ayı üçün);

– hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği (sosial sığorta stajının hər ayı üçün);

– ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sosial sığorta stajının hər ayı üçün);

– məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilməli olan müavinətin (uşağın anadan olmasına görə və dəfn üçün müavinət istisna olmaqla) ödənilmə müddəti və məbləği barədə məlumat;

– fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat.

Sığortaolunanların Sığortaçıda uçota alınmaqla, onlara fərdi şəxsi hesabın açılması üçün Sığortaedən sığortaolunanların sayı barədə (tabeliyində hüquqi şəxs statuslu (və ya müstəqil balansa malik olan) qurumlar nəzərə alınmaqla) məlumatı onların qulluğa (xidmətə, işə) qəbul edildiyi gündən 1 ay müddətində Sığortaçıya təqdim edir. Sığortaçı sığortaedən tərəfindən təqdim edilmiş sığortaolunanların sayı barədə məlumata əsasən 14 (on dörd) gün müddətində hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açır və həmin sığortaolunanlar üçün müəyyən olunmuş unikal nömrələrin siyahısını sığortaedənə təqdim edir. Unikal nömrələrin sığortaolunanlar arasında bölgüsünü Sığortaedən həyata keçirir və hər bir sığortaolunan üzrə unikal nömrəyə dair məlumatların “Dövlət sirri haqqında” qanuna uyğun olaraq qorunub saxlanılmasını təmin edir. Sığortaolunanların Sığortaçıda fərdi uçotu elektron qaydada təşkil edilir və aparılır, habelə məlumatların ehtiyat bazası yaradılır. Bu Qaydada ə qeyd edilən hallarda məlumatları Sığortaçıya açıqlanmış sığortaolunan yenidən barəsində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan vəzifə üzrə qulluğa (xidmətə, işə) qəbul edildiyi halda, Sığortaedən həmin sığortaolunana yeni unikal nömrənin verilməsi üçün yenidən Sığortaçıya müraciət edir. Sığortaedən sığortaolunanların hər biri üzrə unikal nömrəyə uyğun olaraq bu Qaydada nəzərdə tutulan məlumatları (tabeliyində hüquqi şəxs statuslu (və ya müstəqil balansa malik olan) qurumlar nəzərə alınmaqla) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) təqdim edir. Məlumatlar Dövlət Vergi Xidməti tərəfindən Sığortaçıya kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) təqdim edildikdən sonra həmin məlumatlar sığortaolunanların fərdi şəxsi hesabında Sığortaçı tərəfindən qeydə alınır.

Aşağıdakı hallarda sığortaolunanlar barədə məlumatlar Sığortaedən tərəfindən 1 (bir) ay müddətində Sığortaçıya açıqlanır:

qulluqdan (xidmətdən, işdən) azad və ya xaric edildikdə, qulluğa (xidmətə, işə) xitam verildikdə ;

– əmək pensiyası təyin edildikdə və ya yenidən hesablandıqda (4 nömrəli əlavə);

– vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə.

Sığortaedən tərəfindən sığortaolunan barədə məlumatlar açıqlandıqda, Sığortaçı tərəfindən sığortaolunanların məlumatları ilə bağlı aşağıdakı tədbirlər həyata keçirilir:

sosial sığorta nömrəsi (SSN) ilə açılmış fərdi şəxsi hesabı olmayan sığortaolunanlar barədə məlumat daxil olduğu tarixdən 14 (on dörd) gün müddətində sığortaolunanlara sosial sığorta nömrəsi (SSN) ilə fərdi şəxsi hesab açılır və unikal nömrə ilə açılmış fərdi şəxsi hesabda olan məlumatlar sosial sığorta nömrəsi (SSN) ilə açılmış fərdi şəxsi hesabda qeydə alınır;

sosial sığorta nömrəsi (SSN) ilə açılmış fərdi şəxsi hesabı olan sığortaolunanlar barədə məlumatlar həmin fərdi şəxsi hesabda qeydə alınır.