Nazirlər Kabinetinin idarə müdirinə hədə-qorxu gələn iş adamı apellyasiya şikayəti verdibackend

Hədə-qorxu yolu ilə pul tələb etmədə təsirləndirilən iş adamı Vahid Xələfovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

“Yeni Gundem”-in əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası mayın 27-nə təyin edilib.

Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Xələfov 14 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd: İş üzrə zərərçəkmiş Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdur.

Vahid Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. O, tikinti şirkətinin sahibidir. Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.

Daha əvvəl isə Hikmət Xəlilovla Vahid Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə Hikmət Xəlilovun xeyrinə qərar çıxarıb.

İttihama görə, tələb olunan məbləğ 4 milyon 600 min manatdır.

Xatırlatma: Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.