“Şəfa” toyuqlarının istehsalçısı olan “Qaraqaşlı Broyler” ASC məhkəməyə verilib.
”Yeni Gundem” xəbər verir ki, “Şəfa” toyuqları ilə bağlı iddianı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi qaldırıb. İşin mahiyyəti müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Nazirliklə broyler lizinq müqaviləsi səbəbindən məhkəməlik olub.
İşə 4 iyun tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.