“Nəfəs məni Vəfaya qısqanırdı”backend

“Nəfəs xanım məni Vəfa xanıma qısqanırdı”.

“Yeni Gundem” bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh “Həmin Zaur” verilişində deyib.

Onun sözlərinə müğənni Nəfəs (Günel Məmmmədli) belə cavab verib: “Çəkişməsən, bərkiməzsən. Qısqanclıq deyildi. Sadəcə söz verib tutmamaq məsələsi idi. Çox qarışıqlıq idi. İndi hər şey əladır. Şükürlər olsun”.

Xatırladaq ki, Aqşin Fateh həm Nəfəs, həm də Vəfa Şərifova ilə işbirliyi edir. O, xanım ifaçıların hər ikisi ilə duet oxuyub.