Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səfərov saxlanıldıbackend

Martın 29-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Abbasov bir gün əvvəl A.Məhərrəmov küçəsində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.

Bu barədə “Yeni Gundem”-ə Daxili işlər nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Bak-Sumqayıt yolunda əzilmiş vəziyyətdə aşkar olunub.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.