“Neftçaladan bir vaxtlar yaxşı balıq gələrdi” — Dadaşlinskidən icra başçısının saxlanmasına REAKSİYAbackend

İctimai Televiziyanın 3D verilişinin şərti aparıcısı Dadaş Dadaşlinski Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin saxlanılmasına münasibət bildirib.

Belə ki, D.Dadaşlinski tənqidi mövqedən çıxış edib: “Neftçaladan bir vaxtlar yaxşı balıq gələrdi. Deyirlər, bu gün də birini tutublar. Görəsən bu gün tora düşən, bu xalqa xidmət etmək üçün təyin olunan adam niyə olanlardan dərs çıxarmadı?! Ağstafa hadisələrindən nə vaxt ötdü ki… Yaxşı daha keçdi, heç olmasa bu gün baş verənlərdən qalanları nəticə çıxarsın”.

 

Fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti Neftçalada əməliyyat keçirib. (pravda.az)