“Neftçi” və “Qarabağ” klubları Azərbaycan Futbol Federasiyası Assosiyası (AFFA) tərəfindən cəzalandırılıb.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, Misli Premyer Liqasında XXV turun “Neftçi” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib. Həmçinin oyununun 63-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib.
Eyni zamanda “Neftçi” – “Qarabağ” oyunundan əvvəl “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam klubu da 1000 manat cərimələnib.
Qeyd edək ki, “Neftçi Arena”da keçirilən görüşdə “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.