Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq “Neftçi”nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib.
“Yeni Gündem” xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə yayıb.
Komanda yanvarın 24-də “Emirhan Sports Complex Side”ın stadionunda Ukraynanın “Desna” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, qardaş ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi” yanvarın 15-də Polşanın “LKS Lodz”, 20-də isə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə də üz-üzə gələcək.