“Nəhayət ilk qolumu vurdum” – Ramil Şeydayevbackend

10 Oktyabr, 2017 14:16

Milli komandamız DÇ-2018-in seçmə mərhələsində son oyununda səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzub. Yığmamızın heyətində yeganə qolub Ramil Şeydayev vurub.

“Yenigundem” Qafqazinfo” ya istinadən xəbər verirki, bu, Şeydayevin yığmada ilk qolu olub. Ötən ildən etibarən yığmamızda top qovan forvard bununla bağlı feysbuk səhifəsində paylaşım edib:

“Nəhayət ki, milli komandam üçün ilk qolumu vura bildim. Təəssüf ki, komandanın “döyüşkənliyinə” baxmayaraq, böyük hesabla məğlub olduq. Dəstəyiniz üçün hamımıza təşəkkür edirəm”.

Yenigundem.Az