Yenisabah.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli bildirib.
Sosial şəbəkə hesabında bu haqda yazan sənətçi yanacaqdoldurma məntəqəsində hər dəfə aldadıldığını iddia edib:
“Özü də elə danışırlar ki, sanki borcum var. Deyir, sürün-sürün, bizim şlanqımız qısadır, çatmır. Elə bir yerə aparır ki, artıq yanacaqdoldurma məntəqəsindən çıxıram və heç bir monitoru görmürəm. 7-8 dəfə bu hal təkrarlanıb.
Maşından enib monitora baxmağa utanıram. Bir dəfə əsəbi vəziyyətimə düşdü. Utanmadan rahat bir şəkildə işçiyə dedim ki, verdiyim məbləğə uyğun vurmasan, dava salacağam. Hər dəfə burada məni aldadırlar. Mən key deyiləm, sadəcə abır-həya edirəm. Bundan istifadə etməyin. Gərək, hər dəfə mən bunu xatırladım sizə ki, saxtakarlıq etməyəsiniz?! Bilmirəm, bunlar tək xanımlara belə edirlər, yoxsa hər kəsə. Buranın adını çəkmirəm. Amma növbəti dəfə, yenə təkrarlansa, onları rəzil edəcəyəm!”