Nərimanov rayon İcra Hakimiyyəti növbəti dəfə məhkəməyə verilib.
“Yeni Gundem” xəbər verir ki, icra hakimiyyəti ilə bağlı iddianı Nərimanov rayon sakini Mürsəlov Mirzə Fərzalı oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. İddiaçı icra hakimiyyəti ilə yaşayış sahəsi üzrə yaranmış mübahişə səbəbindən problem yaşayır.
Nərimanov İH-lə bağlı iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 7 noyabr tarixində işə baxılacaq. Iş hakim Tural Məlikovun icraatındadır.
Qeyd edək ki, Nərimanov rayon icra hakimiyyətinin başçısı Həbibullayev Elgin Şirin oğludur.
Tərəfləri dinləməyə hazırıq.