Nərimanov Polisi əməliyyat keçirdibackend

Sentyabrın 8-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini A.Tahirovun içərisində pulu, bank kartı, sənəd və qızıl üzüyü olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə ”Yeni Gundem”-ə Daxili işlər Nazirliyindən məlumat verilib.

Nərimanov RPİ 17-ci ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində* oğurluq əməlində şübhəli bilinən paytaxt sakini İlham İsayev müəyyən olunaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.